"İnter"in baş məşqçisi Simone İnzaginin xidmətində 4 Avropa nəhəngi maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.
Mənbə həmin klubların adlarını da açıqlayıb. Xəbərə görə, bunlar "Barselona", "Çelsi", "Mançester Yunayted" və "Liverpul"dur.
Daha öncə cari mövsümün sonunda Yürgen Kloppun "Liverpul"u, Xavinin isə "Barselona"nı tərk edəcəyi müəyyənləşib.
Qeyd edək ki, 47 yaşlı İnzagi 2021-ci ildən indiki postundadır. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.