Almaniya millisinin və "Bayern Münhen"in əfsanəvi futbolçusu Lotar Matteus Münhen təmsilçisinin baş məşqçi postunda hansı mütəxəssisi görmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Germany" onun dediklərini belə çatdırıb:
"Xabi Alonso "Bayern"in əsas hədəfi olmalıdır. "Bayer Leverkuzen"dəki işi göz qabağındadır. Hazırda nəinki Avropada, heç dünyada da "Bayern"ə bu dərəcədə uyğun gələn mütəxəssis var. Ancaq o, Leverkuzen təmsilçisindəki işinə köklənib. Düşünürəm ki, bu, çox yaxşı haldır. Xabini yaya qədər nə "Real" maraqlandırır, nə "Liverpul", nə də "Bayern"... Qarşıdakı iki ayyarımda öz işini görməyə, üç titul qazanmağa köklənəcək".
Qeyd edək ki, daha öncə "Bayern Münhen" cari mövsümün sonunda indiki baş məşqçisi Tomas Tuxellə vidalaşacağı ilə bağlı bəyanat yayıb.