Braziliyalı futbolçu Dani Alvesin doğulduğu Juazeyro şəhərindəki heykəlinin üzərinə boya tökülüb.
Fanat.Az xəbər verir ki, "Globo Esporte" görüntüləri yayıb.
Juazeyro sakinləri hakimiyyətdən heykəli götürməyi tələb edirlər. Şəhər rəhbərliyi hələlik futbolçu ilə bağlı hər hansı mövqe tutmayıb, iş üzrə yekun qərarı gözləyir.
Xatırladaq ki, Alves cinsi təcavüzdə təqsirli bilinərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Mirağa