Kamerun yığması baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Riqobert Sonq postundan kənarlaşdırılıb.
Bu barədə qərarı Kamedun Futbol Federasiyasının prezidenti, keçmiş futbolçu Samuel Etoo açıqlayıb.
O, sosial şəbəkə hesabı vasitəslə bəyan edib ki, tezliklə “ramolunmaz şirlər”in yeni sükançısının adını açıqlayacaq.
Riqobert Sonq 2022-ci ilin yazından Kamerun millisini çalışdırırdı. Bu mütəxəssisin rəhbərliyi altında komanda keçirdiyi 23 görüşdə 6 qələbə qazanıb, 8 heç-heçə edib və 9 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, yanvarda Afrika Millətlər Kubokunda Nigeriyaya 0:2 hesabı ilə uduzan Kamerun yığması 1/8 finaldan o yana gedə bilməyib. Təbii ki, kamerunlular üçün bu nəticə uğursuzluq hesab olunur.
Mirağa