"Real Madrid"in gənc ulduzu Cud Bellingem zədə problemini geridə qoyub.
Fanat.Az "Diario AS"a istindən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi artıq topuğunda narahatlıq hiss etmir.
Xəbərə görə, o, İspaniya La Liqası çərçivəsində martın 2-də baş tutacaq qarşılaşmada - komandasının “Valensiya” ilə görüşündə oynaya bilər. Mənbə Bellingemin Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"la qarşı matça start "11-lik"də başlamaq ehtimalının daha yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, cari mövsüm La Liqada 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Cud sözügedən çempionatın bombardiridir.