Argentina millisinin üzvü Esekyel Palasiosun həyat yoldaşı futbolçunu Qətərdə keçirilən dünya çempionatında qazandığı medalı satmaqla hədələyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Yesika Frias və "Bayer Leverkuzen"in yarımmüdafiəçisi hazırda boşanma ərəfəsindədir. Futbolçunun xanımı medalın satışından alacsğı pulu Tiqre şəhərindəki birgə mənzillərinin borcunu ödəməyə sərf etmək istəyir.
“Mən onun boşanma sənədini imzalamasını istəyirəm. Yalnız haqqım olanı istəyirəm. Kirayədə yaşayıram, o isə mənzilin borclarına görə pul vermək istəmir. Kirayə pulumu ödəmək üçün onun bütün köynəklərini və dünya çempionatının qalibinin medalını satacağam. Mənim susmağım onun maraqlarına uyğundur. Milli komanda haqqında bildiyim şeylər var, bunları indiyə qədər deməmişəm”.
25 yaşlı Palasios 2020-ci ilin yanvarından "Bayer Leverkuzen"də çıxış edir. Argentinalı bu mövsüm "əczaçılar"ın heyətində 44 oyun keçirib və 10 qol vurub. "Transfermarkt" Palasiosun dəyərini 40 milyon avroya qiymətləndirir.
Mirağa