"Napoli"nin baş məşqçisi Aurelio De Laurentis "Zalsburq"da oynadığı zaman Erlinq Holandı transfer etməyə yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin dediklərini belə çatdırıb:
“Zalsburq"dan Erlinq Holandı 50 milyon avroya transfer etməyə bir addım qalmışdım. Rəsmi təklif hazır idi. Lakin son anda mərhum Mino Rayola mənimlə əlaqə saxladı: "Xahiş edirəm, Erlinqlə anlaşma imzalamayın, çünki mən artıq onun növbəti transferini planlaşdırmışam".
Xatırladaq ki, Holand 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya Dortmund"a 20 milyon avroya keçib. Norveçli ulduz 2022-ci ilin yayından "Mançester Siti" klubunda çıxış edir.
Mirağa