İngiltərə millisinin əfsanəvi hücumçusu Ueyn Runi keçmiş klublarından birini - "Mançester Yunayted" və ya "Everton"u çalışdırmağı arzulayır.
Fanat.Az xəbər verir ki, ESPN mütəxəssisin etirafını belə təqdim 0edib:
“Mançester Yunayted" və ya "Everton"a rəhbərlik etmək mənim məqsədimdir. Bu böyük vəzifələrə nail olmaq istəyirəm. Məşqçilik karyerama qayıtmaq istəyirəm və inşallah, yaxın 10 ildə belə klublarda işləmək arzusundayam.
"Birmingem"də baş verənlər uğursuzluq idi, amma mən döyüşçüyəm və geri qayıtmaq istəyirəm. Bilirsiniz, işdən çıxarılmaq işin bir hissəsidir, uğursuzluqlarınız da olacaq. Söhbət bundan sonra necə davranmağınızdan gedir. Düşünmək üçün yaxşı vaxtım oldu və növbəti dəfə nəyi necə edəcəyimi bilirəm".
Ueyn Runi 2023-cü ilin oktyabrından 2024-ün yanvarına kimi “Birmingem”i çalışdırıb. Komanda onun rəhbərliyi altında 15 oyun keçirib, 2 qələbə qazanıb, 3 matçda uduzub və 4 oyunda heç-heçə edib.