"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays komandası barədə danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:
"Ötən mövsüm çox şey öyrənmişik. Biz güclüyük və özümüzə inanırıq. Hesabda geri düşəndə də vəziyyəti dəyişə biləcəyimizə əmin şəkildə oyunumuzu davam etdiririk. Düzü, mənim üçün bu klubun formasını geyinmək şərəfdir".
Qeyd edək ki, hazırda 58 xalı olan "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Cari mövsüm "topçular"ın forması ilə bütün turnirlərdə 36 matça çıxan Rays 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.