Birinci Liqanın 16-cı turunda "Mingəçevir" evdə "Difai Ağsu" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1. Meydan sahiblərinin baş məşqçi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bütün məşqçilər arzu edər ki, evdəki oyunlar qələbə ilə yekunlaşsın. Bizim həyətdə 6 əsas oyunçu zədəyə görə oynamırdı. Demək olar ki, yarımcan oynayırıq. Bərabərliyə görə pis olmuram. Əksinə, sevindirici haldır ki, məğlub olmadıq. Oyun baxmından çatışmayan cəhətlərimiz var. Məsələn, tez qol buraxırıq. Zədəli oyunçular bərpa olunduqdan sonra istədiyim oyunu göstərə biləcəyik. Heyfslənirəm ki, zədəli oyunçularım çoxdur. Onlar dünənki matçda iştirak etsəydilər, qələbə qazanardıq".
Nahid Ustaclı