İspaniyanın “Sevilya” klubunun müdafiəçisi Serxio Ramos PSJ-nin hücumçusu Kilian Mbappeyə Madridə mümkün keçidlə bağlı qərar verməkdə kömək edir.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real” və PSJ-nin sabiq müdafiəçisinin İspaniyanın paytaxtında bir neçə evi var və 37 yaşlı futbolçu onlardan birini Mbappeyə satacaq.
Son günlər Madriddə tez-tez görünən Mbappenin anası Faiza Lamari "Real"la müqaviləni yekunlaşdırmaqla yanaşı, mənzil məsələlərini də həll edir.
Mbappe bu mövsüm PSJ-nin heyətində 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa