"Tottenhem"in sabiq baş məşqçisi Harri Rednapp "Liverpul"un yapon yarımmüdafiəçisi Vataru Endonu mövsümün ən yaxşı transferi saydığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Rednappın sözlərini jurnalist Deyv Okkop şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"Endonu mövsümün ən yaxşı transferi adlandırmaq olar. O, "Mançester Siti" ilə matçda möhtəşəm idi. Bu oğlan həmişə komanda üçün oynayır. Endo sanki uzun illərdir "Liverpul"un formasını geyinir. Mersisaydlıların skautları Vatarunu kəşf edərək əla iş görüblərsə, onun özü də şansından çox yaxşı faydalanıb".
Xatırladaq ki, Endo "Liverpul"a ötən ilin yayında "Ştutqart"dan transfer olunub.
Nihat