"Barselona"nın müdafiəçisi Ronald Arauxo cari mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Gələcəyim klubun qərarından asılıdır. Hamı bilir ki, mən "Barselona"da çox xoşbəxtəm və baş məşqçimiz Xaviyə minnətdaram".
Qeyd edək ki, Arauxo 2018-ci ildən "Barselona"dadır. Cari mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 30 oyuna çıxan uruqvaylı 1 qol vurub. 25 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Ronaldın transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat