Belçika Kral Futbol İttifaqı milli komandanın baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Tedeskonun müqaviləsinin müddəti 2026-cı il dünya çempionatının sonuna qədər artırılıb.
Xatırladaq ki, 38 yaşlı mütəxəssis ötən ilin fevralında Belçika millisinin başına keçərək, AÇ-2024-ün sonuna qədər müddətə müqavilə bağlamış, belçikalıların vaxtından əvvəl qitə çempionatına vəsiqə qazandırmışdı.