"Arsenal" müdafiəçisi Ben Uayt ilə müqavilə yenilədiyini bəyan edib.
Fanat.Az xəbər verir ki, əvvəlki müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan Ben son sazişə əsasən 2028-ci ilin yayınadək "topçular"ın formasını geyinəcək.
Uayt London nəhənginə 2021-ci ilin yayında, 58,5 milyon avro qarşılığında "Brayton"dan transfer olunub. Cari mövsüm "topçular"ın forması ilə bütün turnirlərdə 38 matça çıxan arxa xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı