"Napoli"nin vingeri Xviça Kvaratsxeliya cari mövsüm Çempionlar Liqasında rəqiblərini birəbir mübarizələrdə üstələmək baxımından liderdir.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, gürcü futbolçu texniki hazırlıq səviyyəsini 29 dəfə ortaya qoymağı bacarıb.
Leroy Zane ("Bayern Münhen"), Kilian Mbappe (PSJ) və Jeremi Doku ÇL matçlarında hərəyə 28 uğurlu keçidlə yadda qalıblarsa, "Barselona"nın futbolçusu Joau Kanselu qitənin ən nüfuzlu klub turnirində 24 dəfə bu şəkildə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"nin formasını geyinir.