Ulduz hücumçu Robert Levandovski Polşa mətbuatına müsahibəsində növbəti mövsümlə bağlı planlarından danışıb.
Fanat.Az xəbər verir ki, o, "Meczyki"-yə açıqlamasında gələn yay "Barselona"dan ayrılmaq fikrində olmadığını deyib:
“Gələcəyim çox aydındır: “Barselona”da qalacağam”.
Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir, müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
36 yaşlı polşalı forvard bu mövsüm Kataloniya nəhənginin heyətində bütün turnirlərdə 38 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa