"Liverpul"un baş məşqçisi Yürgen Kloppun varisi böyük ölçüdə müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Mənbənin məlumatına görə, Kloppun hazırkı köməkçisi Pep Lijnders "Liverpul"un baş məşqçi postunun favoriti hesab olunur. Futbolçular da rəhbərliyə niderlandlı ilə işləmək istəklərini bildiriblər. O, uzun illər əvvəl "Neymegen"i çalışdırıb.
Baş məşqçi postunda adı namizəd göstərilən Xabi Alonsoya gəlincə, onun daha bir mövsüm "Bayer Leverkuzen"də qalacağı gözlənilir. "Sport1" iddia edib ki, məşqçinin agenti ona “Bayer”dən köçməməyi və “Real Madrid”dən təklif gözləməyi məsləhət görüb.
Almaniyalı mütəxəssis Yürgen Klopp cari mövsümün sonunda "Liverpul"u tərk edəcək. O, yanvarın sonunda 2023/2024 mövsüm bitdikdən sonra postundan ayrılacağını özü açıqlayıb. Yürgen səkkiz ildir ki, bu vəzifədə çalışır.
Mirağa