"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr iş yerini dəyişmək üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" nəşri yayıb.
Xəbərə görə, sözügedən futbolçunu hələ ötən ilin yayında transfer etmək istəyən "Vest Hem"in idarəçiləri cari mövsümün sonunda istəklərinə çatacaqlarına əmindirlər. Mənbə "çəkicdöyənlər"in 31 yaşlı oyunçu üçün "qırmızı şeytanlar"a 15 milyon avro ödəməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm MY forması ilə bütün turnirlərdə 23 matça çıxan Harri iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Maquayrın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat