Niderlandın "Feyenoord" klubunun dayaq yarımmüdafiəçisi Mats Viffer karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin Vifferi sabiq oyunçusu Serxio Busketsin yerinə ən layiqli namizəd saydığını və cari mövsümün sonunda bu keçidi reallaşdırmaq üçün bacardığını edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 37 matça çıxan Mats 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Feyenoord"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Vifferin transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat