Bu yay PSJ-dən ayrılaraq "Real Madrid"ə qoşulacağı gözlənilən Kilian Mbappe haqda yeni xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, informasiya jurnalist Ramon Alvares de Mona məxsusdur.
Onun şəxsi "X" hesabı üzərindən yaydığı məlumata görə, Kilian "Real"da oynadığı dönəmdə imic hüquqlarının 90 faizini özündə saxlayacaq. Mənbə fransalı ulduzun həm də agenti olan anasının bu məsələ ilə bağlı "Kral klubu"na cəmi 10 faiz güzəşt etdiyini vurğulayıb.
Xatırladaq ki, daha öncə Mbappenin "Real"la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağladığı barədə məlumatlar dərc olunub.
Nihat