"Bayern Münhen"in 22 yaşlı cinah hücumçusu Brayan Saraqosa yenidən İspaniyaya qayıda bilər.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Almaniya nəhəngində uyğunlaşma problemi yaşayan gənc vinger "Barselona"nın diqqət mərkəzindədir.
Xəbərə görə, "Bayern"in sonradan transfer hüquqlarına yiyiələnmək şərti ilə "Qranada"dan icarəyə götürdüyü Saraqosanın oyun üslubu həm "Barselona"nın baş məşqçisi Xavinin, həm də idman direktoru Dekunun ürəyincədir.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm bütün turnirlərdə 23 matça çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat