İspaniyanın "Real Madrid" klubunun "Lill"in 18 yaşlı müdafiəçisi Leni Yoronu hansı qiymətə almaq istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, "Kral klubu" sözügedən oyunçunu 100 milyon avroya satmağı hədəfləyən Fransa təmsilçisinə 30-40 milyon avro ödəmək niyyətindədir. Mənbə Yoronun özünün "Real"a keçməyə can atdığını və bu məqamın qiymət məsələsinə təsir edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, "Lill"in yetirməsi olan Leni cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 34 oyun keçirib və 3 qol vurub.
Nihat