Almaniya yığmasının texniki sponsoru olan "Adidas" firmasının təmsilçisi Oliver Brüggen Almaniya yığmasında 44 nömrəli formanın niyə qadağan ediləcəyinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Brüggenin sözlərini "Sport Bild" belə çatdırıb:
"Bəli, 44 nömrəli forma ən qısa zamanda qadağan ediləcək. "Adidas"da təxminən 100 ölkədən olan insanları çalışır. Müxtəliflik və inklüzivliyə sadiq bir şirkətik. Bir şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və hər hansı formada nifrətə qarşı fəal şəkildə mübarizə aparırıq".
Daha öncə "Adidas"ın millinin yeni formalarındakı "44"ü nasizm işarəsini xatırlatdığı üçün yasaqlayacağı haqda məlumatlar yayılmışdı.
Nihat