“Sevilya”nın təcrübəli müdafiəçisi Serxio Ramosun gələcək karyerası ilə bağlı qərarı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Relevo” yayıb.
Xəbərə görə, 38 yaşlı oyunçu mövsümün sonunda Əndəlüs təmsilçisini tərk edəcək. Mənbə sözügedən futbolçunun bu addımı maddi durumla bağlı atacağını vurğulayıb. La Liqa təmsilçisinin də ona yeni müqavilə təklif etmədiyi bildirilib. "Sevilya"nın maliyyə feyr-pley qaydalarına əməl etmək üçün maaş büdcəsini azaldacağı, az məvacibə oynamaq istəməyən Serxionun isə özünə yeni iş yeri axtaracağı diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm "Sevilya" forması ilə bütün turnirlərdə 29 matça çıxan Ramos 7 qolla yadda qalıb.