"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az Pro Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ay baş tutan 3 oyunda 4 qol vuran portuqaliyalı superulduz bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 34 matça çıxaraq 33 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 39 yaşlı superulduzun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat