"Bayern Münhen"in yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubu ilə müqaviləsini yeniləməyə tələsmir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur məlumat yayıb.
O, futbolçunun qərarının səbəbini açıqlayıb: “29 yaşlı alman yarımmüdafiəçi Coşua Kimmix mövsümün sonunda komandadan ayrılacq Tomas Tuxelin yerinə yeni baş məşqçi tapılana qədər klubla müqaviləsini yeniləməyəcək”.
Kimmixlə "Barselona", "Arsenal", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" klubları maraqlanır. Coşua yay transfer pəncərəsində "Bayern"dən ayrılsa, onun prioritetinin Premyer Liqa olacağı gözlənilir.
Bu mövsüm Kimmix Bundesliqada 21 oyun keçirib və 1 qol vurub. O, həmçinin Almaniya kuboku q və Çempionlar Liqasında 8 matça çıxıb.
Mirağa