"Nyukasl"ın hücumçusu Aleksander İsak növbəti mövsümə İngiltərə nəhəngində başlaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, 24 yaşlı forvardın xidmətində "Arsenal" və "Tottenhem" maraqlıdırlar. Mənbə "sağsağanlar"ın çalışdırıcısı Eddi Haunun İsakı heyətdə saxlamaq istədiyini, lakin rəhbərliyin maliyyə feyr-pleyi qaydalarına əməl etmək məcburiyyəti səbəbindən onu cari mövsümün sonunda 100 milyon funt-sterlinqə (117 milyon avro) satmağa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan İsak 18 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İsveç millisinin üzvünün transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat