“İnter”in və İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi karyerasını vərəqləyib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu “The Times”-ə açıqlamasında karyerasındakı ən yaxşı məşqçinin adını açıqlayıb:
“Şübhəsiz ki, Joze Mourinyu işlədiyim ən yaxşı məşqçidir. Mən vacib sima, kapitan olmağa öyrəşmişəm. Mourinyu yeni gələndə komanda üçün əhəmiyyətimi itirməyə başladım. Amma ilk andan mənə qarşı dürüst idi.
Çempionlar Liqasını qazandıqdan sonra ağladıq. Mən Josedən niyə getdiyini soruşdum. Əminəm ki, o, qalsaydı, daha çox kubok qazanardıq. Lakin o vaxta qədər o, artıq "Real Madrid"ə keçmək qərarına gəlmişdi”.
Xatırladaq ki, Mourinyunun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Portuqaliyalı mütəxəssis 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub, növbəti mövsümdə isə Avropa Liqasının finalına yüksəlib. Mourinyunun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib və bu oyunda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib, 29 dəfə isə məğlubiyyətlə üzləşib.
Joze Mourinyu “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika” klublarını da çalışdırıb.
Mirağa