Zinəddin Zidanın klublardan aldığı təklifləri geri çevirməsinin səbəbi açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə Zizunun Fransa Futbol Federasiyasından millini çalışdırmaq təklifi gözlədiyi üçün PSJ də daxil olmaqla, bir neçə Avropa təmsilçisinə "yox" dediyini vurğulayıb. Xəbərə görə, hazırda İspaniyada yaşayan 51 yaşlı mütəxəssis futboldankənar işlərini bu ölkədə qurub və hansısa klubun "sükanı arxası"na keçərək biznesini nəzarətsiz qoymaq istəmir. Millini çalışdırmağın isə ona bu yöndə ciddi problem yaratmayacağı qabardılıb.
Xatırladaq ki, Zidan "Real Madrid"in baş məşqçi postunu 2021-ci ilin mayında tərk edib. O, həmin vaxtdan bəri işsizdir.
Nihat