"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messinin son vəziyyətinin nə yerdə olduğu açıqlanıb.
Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, zədə səsəbindən bir müddət yaşıl meydanlardan kənarda qalan 36 yaşlı hücumçu artıq problemi geridə qoyub və kollektiv məşqlərə başlayıb.
Qeyd edək ki, Messi martda bud nahiyəsindən xəsarət alaraq sıradan çıxmışdı. O, cari mövsüm ABŞ təmsilçisinin forması ilə 5 oyuna çıxaraq 5 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat