"Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala cari mövsümün sonunda Almaniya təmsilçisini tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Independent" yayıb.
Xəbərə görə, bir neçə Avropa nəhənginin diqqət mərkəzində olan Musiala "Mançester Siti"yə keçməyə daha yaxındır. Mənbə Musialanın "şəhərlilər"in forması ilə İngiltərə Premyer Liqasında çıxış etməyi arzuladığını vurğulayıb.
"Çelsi"nin yetirməsi olan Camal 2019-cu ildən "Bayern"də top qovur. Cari mövsüm bütün turnirlərdə 34 matça çıxan Almaniya millisinin üzvü 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun münhenlilərlə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.
Nihat