Almaniyanın "Bayern Münhen" klubu qapıçısı Aleksandr Nübel ilə bağlı atdığı addımı açıqlayıb.
Fanat.Az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə müqavilə yenilənib.
Nübel müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni anlaşmaya imza atıb.
Qeyd edək ki, hazırda icarə əsasında "Ştutqart"ın formasının geyinən Aleksandrın əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.