UEFA AÇ-2024-də iştirak edəcək 24 millinin nümayəndələri və məşqçiləri üçün seminar təşkil edib.
Fanat.Az xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən tədbirdə VAR hakimlərinin oyunlara müdaxiləsinin mümkün qədər məhdudlaşdırılacağı bildirilib.
UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti oyunlar zamanı yalnız aşkar səhv qeydə alınacağı təqdirdə, VAR-a müraciət olunacağını vurğulayıb.
Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada baş tutacaq.