"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pilləyə yüksəlmələrindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mirror" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Təzyiq altında oynamaq uşaqlarımın xoşuna gəlir. Əminəm ki, sona qədər mübarizə aparacağıq. Bu, dəqiq çempion olacağımız anlamındadır? Yox, yox. Dediyim başqa şeydir. Amma sonadək döyüşəcəyimiz dəqiqdir".
Qeyd edək ki, 73 xalı olan "şəhərlilər"i "Arsenal" və "Liverpul" təqib edir. Hər iki komanda Mançester təmsilçisindən 2 xal geri qalır.
Nihat