Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Stokholm təmsilçisi Elit Liqa Kuboku matçında “Norççepinq”i qəbul edib.
1:1 hesabı ilə başa çatan matçda Musa 90 dəqiqə mübarizə aparıb. Komandasının yeganə qolunun müəllifi də Qurbanlı olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən fərqlənib.