“Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.
Fanat.Az xəbər verir ki, sözügedən oyunçular buna Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında - PSJ ilə görüşdə (1:4) nail olublar.
Oyunun 12-ci dəqiqəsində hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qoluna imza atıb. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu ünvanını ələ keçirib. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.
Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.
Qeyd edək ki, Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.