"Barselona"nın müdafiəçisi Jül Kunde Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan - evdə PSJ-yə 1:4 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Belə səviyyəli komandaya qarşı 70 dəqiqə 10 nəfərlə oynamaq çətindir. Biz çalışdıq, qol vəziyyətlərimiz də oldu. Amma say azlığında qalırsansa, vəziyyət mürəkkəbləşir".
Xatırladaq ki, tərəflərin ilk duelində "Barselona" 3:2 hesablı qələbə qazanmışdı.
Nihat