"RB Leyptsiq"in hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Olmonun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin nümayəndələrinin artıq 25 yaşlı oyunçunun agentləri ilə əlaqə saxladıqlarını və cari mövsümün sonunda onu heyətə qatmağı hədəflədiklərini vurğulayıb. "RB Leyptsiq"in Danieli 60 milyon avrodan ucuz satmaq istəmədiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm Almaniya klubunun forması ilə bütün turnirlərdə 22 matça çıxan Olmo 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun "RB Leyptsiq"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat