İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gün çempionun müəyyənləşməsi ilə əlamətdar olub.
Əsas izləyicisi və əzəli rəqibi “Milan”a qalib gələn “İnter” vaxtından öncə çempionluğu bayram edib. Bu, sözügedən klubun tarixində 20-ci İtaliya çempionluğudur.
“Roma” doğma meydanda “Bolonya” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib.
“İnter” hazırda 86 xalla vahid liderdir. “Milan” 69 xalla 2-ci sırada qalıb. İlk üçlüyü 64 xalı olan “Yuventus” qapayır. “Bolonya” 62, “Roma” 55, “Atalanta” 54, “Latsio” 52 xal toplayıb.
İtaliya A Seriyası
33-cü tur
19 aprel
Cenoa – Latso 0:1
Qol: Luis Alberto, 67.
Kalyari – Yuventus 2:2
Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.
20 aprel
Empoli – Napoli 1:0
Qol: Çerri, 4.
Verona – Udineze 1:0
Qol: Koppola, 90+3.
21 aprel
Sassuolo – Leççe 0:3
Qollar: Gendrey, 11. Dorqu, 15. Pikkoli, 61.
Torino – Frozinone 0:0
Salernitana – Fiorentina 0:2
Qollar: Kuame, 80. İkone, 90+5.
Montsa – Atalanta 1:2
Qollar: Maldini, 89 – De Ketelare, 44. Ture, 72.
22 aprel
Roma – Bolonya 1:3
Qollar: S.Əzmun, 56 – Əl-Azzuzi, 14. Zirkze, 45. Salemakers, 65.
Milan – İnter 1:2
Qollar: Tomori, 80 – Açerbi, 18. Türam, 49.