İngiltərə Premyer Liqasında antirekord müəyyənləşib.
Fanat.Az xəbər verir ki, çempionatın iki autsayderi arasında matçda "Şeffild Yunayted" evdə "Börnli"yə böyük hesabla (1:4) məğlub olub.
Beləliklə, "Şeffild Yunayted" cari mövsüm evdə artıq 51 qol buraxıb.
"Squawka"-nın hesablamasına görə, Premyer Liqa tarixində indiyə qədər heç bir komanda Premyer Liqada bir mövsüm ərzində evdə 50 və ya daha çox qol buraxmayıb.
Çempionat Premyer Liqa adlanmamışdan xeyli əvvəl, başqa sözlə, İngiltərə yüksək divizionunun bütün tarixində yalnız "Aston Villa" 1935/36 mövsümündə ev oyunlarında daha da pis performans göstərərək rəqiblərinə 56 dəfə qol vurmağa imkan verib.
“Şeffild Yunayted” 33 oyundan sonra 16 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.