"Milan"ın baş məşqçisi Stefano Pioli cari mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, qarşıdakı həftələrdə “rossonerilər”in rəhbərliyi italyan məşqçi ilə əməkdaşlığa vaxtından əvvəl son qoyacaq. Piolinin klubla hazırkı müqaviləsinin müddəti 2025-ci il iyunun 30-da başa çatır.
Onun yerinə namizədlər arasında “Əl-Duhail”dən Kristof Qaltye, “Əl-İttihad”dan Marselo Qalardo, həmçinin “Lill”dən Xulen Lopeteqi və Paulo Fonseka var. Seçimlə bağlı son sözü klubun sahibi Cerri Kardinalenin baş məsləhətçisi olan Zlatan İbrahimoviç deyəcək.
Xatırladaq ki, “rossoneri” Avropa Liqasını 1/4 final mərhələsində tərk edibi. Komanda İtaliya çempionatında ikinci pillədə qərarlaşıb.
Pioli 2019-cu ilin oktyabrında “Milan”ın baş məşqçisi olub və 2021/2022 mövsümündə komandanı A Seriyasında çempionluğa daşıyıb.