"İnter"in yarımmüdafiəçisi Xuan Kuadrado cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, kolumbiyalı müntəzəm oynaya biləcəyi kluba keçmək istəyir.
"Nerrazzuri"yə ötən ilin iyulunda azad agent kimi keçən yarımmüdafiəçi o vaxtdan bəri Simone İnzaqiinin rəhbərliyi altında doqquz oyun keçirib, iki məhsuldar ötürmə edib.
O, A Seriyasının matçlarında heç vaxt start heyətində meydana çıxmayıb. Kuadrado Axilles zədəsi səbəbindən mövsümün çox hissəsini xəstəxanada keçirib.
Xuan əvvəllər "Çelsi", "Yuventus", "Fiorentina", "Udineze" və "Leççe"də çıxış edib. "Transfermarkt" 35 yaşlı vingerinin dəyərini 1,5 milyon avro qiymətləndirib.