"Real Madrid"in təcrübəli futbolçusu Luka Modriç La Liqanın 32-ci turu çərçivəsində dünən keçirilən matçda "Barselona" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı xorvatın "el klasiko"dan sonra dediklərini AS nəşri belə çatdırıb:
"Heyranedicidir. Bu qələbə bizi La Liqa çempionluğuna yaxınlaşdırır. Əla axşam, əla komanda performansı. Biz heç vaxt təslim olmuruq. İki dəfə hesabda geri düşsək də, təzyiq göstərməyə davam etdik və sonda istəyimizə çatdıq.
Azarkeşlərimizə möhtəşəm ab-havaya görə təşəkkür edirik. Hazırda 11 xallıq fərqlə olmaq istədiyimiz yerdəyik.
“Mançester Siti” ilə 120 dəqiqəlik, fiziki və əqli cəhətdən yorucu matçdan sonra "Barselona" ilə qarşılaşmalı olduq. Amma bir daha sübut etdik ki, komandanın fiziki forması və oyunlara köklənmək bacarığı qaydasındadır. Sona qədər getməliyik".
Nihat