"Çelsi"nin mərkəz müdafiəçisi Tyaqo Silva İngiltərə Kubokunun yarımfinalında "Mançester Siti"yə qarşı keçirdikləri oyundan (0:1) sonra London klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, "The Standart" 39 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Hansı qərarı verdiyimi yaxın günlərdə öyrənəcəksiniz. Məğlubiyyətdən sonra nəsə demək istəmirəm. Nəticəyə görə üzgünəm, amma gec-tez xəbər tutacaqsanız. Beynimdə bir qərar var, amma indi onu açıqlamağın vaxtı deyil.
Buradakı dörd ilim çox yaxşı keçdi. Liqanın səviyyəsini də nəzərə alsaq, indi 39 yaşında yüksək səviyyədə oynaya bilən futbolçu azdır. Özüm haqqında danışmağı sevmirəm, ancaq hər şeyi özünüz görürsünüz. Yarımfinalda əlavə vaxtda da oynamağa hazır idim! Baxıram ki, futboldan həzz almaq üçün daha bir neçə ilim var".
Qeyd edək ki, daha öncə tanınmış insayder Fabritsio Romano "zadəganlar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Silvanın yayda klubundan ayrılacağını açıqlayıb.
Nihat