Dünən İngiltərə Kubokunun yarımfinalında "Koventri"ni məğlub edərək (3:3, penaltilərlə 4:2) həlledici qarşılaşmada oynamaq hüququ qazanan "Mançester Yunayted"in qapıçısı Andre Onana qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Biz "Mançester Yunayted"ik, əvvəlki kimi yenə də ölkənin ən böyük klubuyuq. Həmişə qələbə qazanmalıyıq. Finala yüksəldiyimiz üçün özümüzü yaxşı hiss edirik. "Uembli"yə qələbə üçün çıxacağıq. Finaldayıq və bu bizim üçün olduqca vacibdir".
Qeyd edək ki, MY finalda əzəli rəqibi "Mançester Siti" ilə üz-üzə gələcək. Oyun mayın 25-də "Uembli"də reallaşacaq.
Nihat