Moskva "Spartak"ının futbolçusu Leon Klassen fırıldaqçıların toruna düşüb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, naməlum şəxs 23 yaşlı müdafiəçiyə dostunun adından yazıb və 400 min rubl borc istəyib.
Oyunçu inanaraq tələb olunan məbləği köçürüb. Ertəsi gün həmin adam oyunçudan daha 700 min rubl borc almağa çalışıb və bir neçə günə qaytaracağını vəd edib.
Kartda müəyyən edilmiş limitə görə futbolçu vəsaiti göndərə bilməyib və köçürməni 500 min rublla məhdudlaşdırıb.
O, beş gün sonra tanışı ilə görüşərkən vəziyyətin nə yerdə olduğu üzə çıxıb. Klassen aldandığını anladıqdan sonra polisə müraciət edib.