"Bayer Leverkuzen"in baş direktoru postunu tutan Fernando Karro komandanın ulduz yarımmüdafiəçisi Florian Virtsin gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Fabritsio Romano bir müddət əvvəl ulduz futbolçunun 150 milyona satıla biləcəyini deyən klub funksionerinin yeni açıqlamasını təqdim edib:
“Florianın 150 milyon avro dəyərində olduğunu deyəndə yanıldım. Əslində, onun üçün xüsusi qiymət etiketimiz yoxdur".
Virts bu mövsüm "Bayer"in ən yaxşı oyunçularından biridir. Yarımmüdafiəçi Leverkuzen komandasının heyətində 43 matçda iştirak edib, 17 qol vurub, 19 məhsuldar ötürmə edib. "Transfrmarkt" futbolçunun dəyərini 110 milyon avro qiymətləndirir.
Mirağa