Gələn mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyən "Barselona" rəhbərliyi hazırda "Çelsi"də olan Karni Çukvuemekanı gözaltı edib.
Fanat.Az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar 20 yaşlı futbolçunun durumundan faydalanmaq qərarına gəlib.
Futbolçu bu mövsüm futbolçu nadir hallarda meydana çıxır və ehtiyatda qalmasından narazıdır. "Barselona" "Stemford Bric"dəki qeyri-müəyyənlikdən istifadə etmək üçün bu amilin əsas ola biləcəyinə inanır.
Karni Çukvuemeka cari mövsümdə 12 oyun keçirib və bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.