Xavi Ernandesin "Barselona"dan mümkün gedişi ilə bağlı hazırkı mövqeyi məlum olub.
Fanat.Az xəbər verir ki, "El Chiringuito" telekanalı bu barədə məlumat yayıb.
Mənbənin məlumatına görə, Xavi Kataloniya klubunda işini davam etdirməyə meyllidir.
İspan mütəxəssis qərarını yenidən nəzərdən keçirməyə hazır olduğunu rəhbərliyə çatdırıb. O, vəziyyəti təhlil etmək üçün prezident Joan Laporta, vitse-prezident Rafa Yuste və idman direktoru Deku ilə danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Xavi ilin əvvəlində verdiyi açıqlamada mövsümün sonunda klubu tərk edəcəyini deyib. "Barselona" 32 turdan sonra 70 xalla hazırda 2-ci pillədə qərarlaşıb. Kataloniyalılar əzəli rəqibi "Real Madrid"dən 11 xal geri qalır.